"Bavariya" futbolçusu David Alaba ilə yeni müqavilə imzalamaqla bağlı razılığa gələ bilmir.
Fins.az xəbər verir ki, 28 yaşlı müdafiəçinin agenti Pini Zahavi klub rəhbərliyindən 5 illik müqavilə və 25 milyon avro tələb edir.
Bildirilib ki, avstriyalı oyunçu "Bavariya"dan ayrılacağı təqdirdə, Alaba karyerasını La Liqada davam etdirməyə üstünlük verəcək.
Qeyd edək ki, Alabanin Münhen təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.