İdman

10 Sentyabr

İspaniya çempionatında mövsümün startı təxirə salındı

Futbol üzrə İspaniya çempionatında yeni mövsümün startı təxirə salınıb.

Fins.az xəbər verir ki, bu barədə “Futbol Espana” xəbər verib.

La Liqada yeni mövsümün ilk oyunu sentyabrın 11-də “Qranada” ilə “Atletik” arasında olmalı idi.

Lakin qeyd olunan tarix İspaniya Futbol Federasiyasını qane etməyib və apellyasiya məhkəməsi qurumun şikayətinə müsbət cavab verib.

Qeyd edək ki, La Liqanın prezidenti Xavyer Tebas matçların çərşənbə axşamı və cümə günü keçirilməsində maraqlıdır, lakin bu təşəbbüs federasiya tərəfindən dəstəklənmir.

Son qərara əsasən, “Qranada” - “Atletik” qarşılaşması sentyabrın 12-nə təxirə salınıb.