Türkiyənin “Qalatasaray” klubu hücumçusu Adem Büyüklə yollarını ayırıb.
Bu barədə “Spor Arena” yazıb.
Futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Əldə olunan razılaşmaya əsasən futbolçu “sarı-qırmızılılar”a 2 milyon 10 min 508 türk lirəsi (456 min 787 manat) təzminat ödəyəcək.
A.Büyükün yeni komandasının “Yeni Malatyaspor” olduğu qeyd edilir. Futbolçu ilə müqavilənin iki illik olacağı bildirilir.