İdman

09 Sentyabr

"Qalatasaray" 5 milyon avroluq təklifi rədd etdi

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin "Qalatasaray" klubu futbolçusu Mbaye Dianye üçün gələn təklifləri geri çevirib. 

Fins.az verir ki, Qətərin iki klubu 29 yaşlı senaqallı hücumçu üçün İstanbul təmsilçisinə 5 milyon avro təklif edib. 

"Sarı-qırmızılar" qarşı tərəflərə rədd cavabı verib. Klub rəhbərliyi Dianyeni daha yüksək məbləğə satmaq niyyətindədir. 

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.