İdman

09 Sentyabr

Azərbaycanda çimərlik güləşi üzrə salon quruldu - FOTO

Bu gün yeniyetmələr, gənclər bə böyüklərdən ibarət qadın güləşçilərimiz çimərlik güləşi üzrə məşqlərə start verib. Güləşin bu növü üzrə məşqlərin həftədə iki dəfə keçirilməsi nəzərdə tutulub. 

Azərbaycan Güləş Federasiyasından Fins.az-a verilən məlumata görə, çimərlik güləşi üzrə dünya çempionu Oyan Nəzəriani hazırlıq prosesində qadın güləşçiləri qaydalarla tanış edib. Daha sonra müxtəlif çəkilər üzrə sınaq xarakterli görüşlər keçirilib. Qarşılaşmalar maraqlı və gərgin mübarizə şəraitində keçib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Güləş Federasiyası çimərlik güləşinin inkişafı üçün müxtəlif addımlar atır. Bunlardan biri də payız, qış və yaz aylarında məşq edə bilmək üçün qapalı məkanın istifadəyə verilməsidir. Artıq Olimpiya Güləş Mərkəzinin ərazisində çimərlik güləşi üzrə salon tam hazır vəziyyətə gətirilib. Dünya Güləş Birliyinin tətbiq etdiyi standartlara uyğun olaraq hazırlanan çimərlik güləşi zonası karantin başa çatdıqdan sonra güləşçilərin ixtiyarına veriləcək.