İdman

07 Sentyabr

Çexiya millisinin heyəti dəyişdirildi

Bir neçə futbolçusu koronavirusa yoluxan Çexiya yığmasının UEFA Millətlər Liqasında Şotlandiya ilə matçı təxirə salınmayıb.

Fins.az xəbər verir ki, virusa yoluxan oyunçular gənc futbolçularla əvəzlənib.

Yığmada əvəzetmələrlə əlaqədar şotlanlarla matç zamanı futbolçulara David Qoloubek rəhbərlik etməli olacaq. O, yığmanın 18 yaşa qədər oyunçularına məşq keçir.

Qeyd edək ki, bir neçə gün öncə Çexiya Futbol Federasiyası milli üzvlərindən bir neçəsində koronavirus aşkarlandığı üçün Şotlaniya ilə matçı keçirə bilməyəcəklərini açıqlamışdı.