İdman

04 Sentyabr

Messinin atası: “Oğlumun sərbəst qalması üçün 700 milyon təzminat maddəsi qüvvədən düşüb”

Lionel Messinin atası və agenti olan Xorxe Messi “Barselona” ilə yaranan problemdə klubun tərəfini tutan La Liqa prezidenti Xavyer Tebasa cavab verib.

Fins.az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

Xorxe Messinin açıqlamasında Katalon klubunun almaq istədiyi və La Liqanın istinad etdiyi 700 milyon avro təzminat məbləğinin oyunçunun birtərəfli qaydada klubdan ayrılmaq istədiyi halda 2018/19-cu illər mövsümünün sonundan qüvvədə olmadığı bildirilib.

Xorxe Messi həmçinin X.Tebasın “Barselona”nın tərəfini tutmaqla “böyük səhvə” yol verdiyini qeyd edib. O, bunun La Liqa rəhbərliyinin qərəzli münasibətindən xəbər verdiyini vurğulayıb.