Futbol üzrə İran kubokunun final oyunu keçirilib.
Fins.az xəbər verir ki, həlledici görüşdə Təbriz təmsilçisi “Traktor”la Tehran klubu “İstiqlal” üz-üzə gəlib.
Beş qolun qeydə alındığı matçda Cənubi Azərbaycan klubu 3:2 hesablı qələbəyə sevinib.
“Traktorçular” üç qolun hamısını ilk yarıda rəqib qapısından keçiriblər. Fasilədən sonra “İstiqlal” buraxılan iki topun əvəzini çıxsa da, bu, məğlubiyyətdən qaçmaq üçün yetərli olmayıb.
Qeyd edək ki, “Traktor” tarixində ikinci dəfədir İran kubokunu qazanır. Təbrizlilər ilk dəfə 2014-cü ildə belə uğura imza atmışdılar.