Zlatan İbrahimoviç "Milan"la müqaviləsini daha bir mövsüm uzadıb.
Fins.az TASS-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
Razılaşma 30 iyun 2021-ci il tarixinədək qüvvədədir. 38 yaşlı forvardın artıq təlim bazasında komandaya qoşulduğu və ilk məşqdə iştirak etdiyi qeyd olunur.
2020/21 mövsümündə hücumçu 18 matç keçirib, 10 qol vurub, beş faydalı ötürmə edib və A Seriyası tarixində bir mövsümdə 10 qol vuran ən yaşlı oyunçu olub.