İdman

03 Sentyabr

“Qalatasaray”ın köməkçi-məşqçiləri “Neftçi”nin oyunlarını təhlil etməyə başlayıblar

İstanbulun “Qalatasaray” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəyi matça hazırlığı gücləndirib.

Fins.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçi Fatih Terim bu qarşılaşma ilə bağlı köməkçilərinə göstəriş verib.

Köməkçi-məşqçilər “Neftçi”nin oyunlarını təhlil etməyə başlayıblar. Araşdırma nəticəsində hazırlanan hesabata əsasən hazırlıq planı müəyyənləşəcək.

Qeyd edək ki, “Neftçi”-“Qalatasaray” matçı sentyabrın 17-də “Bakcell Arena”da baş tutacaq