Azərbaycan milli komandasının heyətinə yeni futbolçu çağırılıb.
Fins.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”ın üzvü Coşqun Diniyev millinin toplanışına dəvət olunub. Onun adı avqustun 27-də açıqlanmış heyətdə ehtiyat oyunçular arasında göstərilmişdi.
Xatırladaq ki, Azərbaycan yığması UEFA Millətlər Liqasında sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə səfərdə Kiprlə qarşılaşacaq.
(c)qafqazinfo