İdman

03 Sentyabr

Pandemiya idman zallarına tələbatı azaldıb

Pandemiya səbəbi ilə idman zalı xidmətlərinə tələb azalıb.

Fins.az RBC-ya istinadən xəbər verir ki, Rusiyada fəaliyyət göstərən fitness mərkəzləri avqust ayında keçən ilin müvafiq dövrünə nisbətən% 30 az qazanc əldə ediblər.

Eyni zamanda, bir çox insan evdə məşq etməyi üstün tutduqları üçün idman malları mağazalarının gəliri artıb. Buna səbəb isə idman avadanlıqlarının ev üçün alınması olub.

Hazırda Rusiyada bağlanmış idman zallarının 37 faizi açılsa da, hələlik əvvəlki müştəriləri cəlb etmək mümkün olmayıb.

Tuncay Türbəndəzadə