İdman

02 Sentyabr

Bakıya ingilis hakimlər gəlir

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 5-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq oyununun hakimləri müəyyənləşib.

Fins.az xəbər verir ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Kris Kavanaq olacaq. Onun köməkçiləri kimi Denyl Riçard Kuk, Şon Masi və dördüncü hakim kimi Pol Tirni fəaliyyət göstərəcək.

Hakim-inspektor Stefano Podeski (San-Marino) və UEFA nümayəndəsi Mətin Kazancıoğlu (Türkiyə) olacaq.