İdman

31 Avqust

"Qarabağ"ın növbəti rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Fins.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Püşkatma nəticəsində Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. İlk 2 mərhələdə Şimali Makedoniyanın "Sileks" (4:0) və Moldovanın "Şerif" (2:1) klublarını mübarizədən kənarlaşdırmış Ağdam komandası yenə səpələnmişlər səbətində yer alacaq. Bu isə Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin rəqibinin daha aşağı reytinqlilərdən ibarət səpələnməmişlər səbətindən çıxacağı anlamını verir.

Potensial rəqiblər isə Norveçin "Mölde", Danimarkanın "Midtüllann", Macarıstanın "Ferentsvaroş", Kiprin "Omoniya" və Belarusun "Dinamo" (Brest) komandalarıdır. Oyunlar sentyabrın 15-16-da püşk nəticəsində adı birinci göstərilən klubların meydanında olacaq.

31 avqust
Püşkatma mərasimi

Çempionlar Liqası
III təsnifat mərhələsi

Çempionlar Yolu
Səpələnmişlər
“Dinamo” (Xorvatiya)
“Yanq Boyz” (İsveçrə)
“Srvena Zvezda” (Serbiya)
“QARABAĞ” (AZƏRBAYCAN)
“Makkabi” (Təl-Əviv, İsrail)

Səpələnməmişlər
“Mölde” (Norveç)
“Midtüllann” (Danimarka)
“Ferentsvaroş” (Macarıstan)
“Omoniya” (Kipr)
“Dinamo” (Brest, Belarus)

Liqa Yolu
Səpələnmişlər
“Benfika” (Portuqaliya)
“Dinamo” (Kiyev, Ukrayna)
“Gent” (Belçika)

Səpələnməmişlər
“Rapid” (Vyana, Avstriya)
PAOK (Yunanıstan)
AZ (Alkmaar, Niderland