İdman

31 Avqust

“Tottenhem”dən 16 milyonluq transfer

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Məlumata görə London təmsilçisi “Vulverhempton”dan Mett Dohertini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

“Tottenhem” irland futbolçu üçün “Vulverhempton”a 16,5 milyon avro ödəyib.

İrlandiya yığmasının da üzvü olan Doherti, “Vulverhempton”dan başqa “Hibernian” və “Beri”də də forma geyinib.