İDMAN

21 Avqust

"Çelsi" "Barselona"nın sabiq futbolçusunu heyətinə qatdı

İngiltərənin "Çelsi" klubu yeni futbolçu transfer edib. 

Fins.az xəbər verir ki, Londo təmsilçisi son olaraq İspaniya "Barselona"sında çıxış edən Ksavye Mbuyamba ilə müqavilə imzalayıb.

18 yaşlı hollandiyalı müdafiəçi 3 illik sözləşməyə qol çəkib. O, "Çelsi"yə azad agant kimi keçib. 

Qeyd edək ki, Ksavye Mbuyamba "Barselona"da debüt etməyib və klubun U-19 komandasında oynayıb.