İDMAN

20 Avqust

Suares klubdan ayrılacağını bildirdi

İspaniyanın "Barselona" klubu futbolçusu Luis Suareslə əməkdaşlığı başa çatdırmaq niyyətindədir.

Fins.az xəbər verir ki, Kataloniya təmsilçisi artıq 33 yaşlı hücumçuya komandadan ayrılacağı ilə bağlı məlumat verib. Qeyd edək ki, Luis Suares 2019/2020 mövsümündə 36 matçda meydanda olub, 21 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. "Barselona" La Liqada ikinci yeri tutub və Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Uruqvaylı hücumçu 2014-cü ildən Kataloniya klubunun formasını geyinir.