İDMAN

20 Avqust

Skoda yeni modelinin detallarını açıqlayıb

Skoda şirkəti ilk seriya elektrik avtomobili olan Enyaq iV krossoverinin detallarını açıqlamağa davam edir.

Fins.az xəbər verir ki, bu dəfə istehsalçı elektrokarın dizayn eskizlərini dərc edərək, işıq texnikası barədə məlumat verib.

Skoda Enyaq elektrik krossoveri mürəkkəb konfiqurasiya malik olan tamamailə işıqdiodlarından hazırlanmış matrisa fənərləri ilə təchiz ediləcəkdir. Beşbucaqlı ön fənərin əsas elementi aşağı hissədə yerləşdirilmiş nazik formalı gündüz hərəkət işıqlarıdır. Arxa fənərlər çoxlu iti küncləri olan "həndəsi" naxışlara malikdir. Skoda şirkətindən bildirildiyi kimi, optikanı yaradan dizaynerlər Bohemiya büllurunun ənənələrindən ilham alıblar.