İdman

20 Avqust

"Bavariya" finalda PSJ-yə rəqib oldu

UEFA Çempionlar Liqasında sonuncu finalçının adına aydınlıq gəlib.

Fins.az-ın məlumatına görə, yarımfinalda Fransa "Lion"nunu 3:0 hesabı ilə məğlub edən Almaniyanın "Bavariya" klubu həlledici oyuna vəsiqə qazanıb.

Bundesliqa çempionuna qələbə qazandıran qolları Serj Qnabri və Robert Levandovski vurublar. Almaniyalı yarımmüdafiəçi əvvəlcə 18-ci dəqiqədə uzaq məsafədən qüvvətli zərbə ilə baxımlı qola imza atıb. 25 yaşlı futbolçu 15 dəqiqə sonra dubl edib. Levandovski isə 88-ci dəqiqədə matçda yekun hesabı müəyyənləşdirib.

Beləliklə, "Bavariya" bu nəticədən sonra finalda Fransa PSJ-sinə rəqib olub.

Qeyd edək ki, bu komandalar arasında həlledici oyun avqustun 23-də keçiriləcək.