İdman

19 Avqust

Braziliya klubu “Qəbələ”nin təklifini rədd etdi

Braziliyanın B Seriyası klubu olan “Vitorya”nın hücumçusu Eronildo dos Santos Roşanın Azərbaycana keçidi alınmayıb.

Globoesporte.globo.com-un xəbərinə görə, 22 yaşlı futbolçunun meneceri Antonio Qustavo bu barədə məlumat verib.

Onun sözlərinə görə, qısaca Eron kimi tanınan futbolçu “Qəbələ”nin maraq dairəsində olub. Lakin menecer tərəflər arasında danışıqların uğursuz nəticələndiyini söyləyib:

“Təklif var idi, ancaq bu, “Vitorya” klubunu məmnun etmədi. Buna görə də Azərbaycan klubunun təklifi rədd edildi”.

Qeyd edək ki, “Qəbələ” müqavilə müddəti 2021-ci ilin sonuna qədər olan Eronu birillik icarəyə götürməyə çalışıb. Forvard 2015-ci ildə Braziliyanın 17 yaşadək yığmasının heyətində 12 oyun keçirsə də, qol vura bilməyib.