UEFA Azərbaycan millisinin sentyabrdan mübarizəyə başlayacağı Millətlər Liqasının ləğvi barədə qərar qəbul edə bilər.
Fins.az xəbər verir ki, bu gün milli assosiasiyaların baş katiblərinin iştirakı ilə videokonfrans keçiriləcək.
AFFA-nı bu virtual tədbirdə qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov təmsil edəcək.
Həmçinin, bu videokonfransda oktyabrdan start götürməsi planlaşdırılmış 19 yaşadək yığmaların Avropa çempionatının seçmə mərhələsinin ləğvi də müzakirə olunacaq.
Ləğvə səbəb isə oyun qrafikinin sıxlığı, COVID-19-la bağlı bəzi ölkələrdə vəziyyətin pisləşməsidir.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasının C divizionunun I qrupunda Monteneqro, Kipr və Lüksemburqla mübarizə aparmalıdır. Millimiz ilk oyununu sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqla keçirməlidir.