İDMAN

19 Avqust

“Qarabağ”ın qələbəsi Azərbaycanın reytinqini qaldırdı

UEFA reytinqində Azərbaycan irəliləyib.

Fins.az xəbər verir ki, “Qarabağ”ın Şimali Makedoniya klubu “Sileks” üzərində qələbəsi (4:0) Azərbaycanın reytinqinə də müsbət təsir göstərib.

Cari mövsümdə 0,375, son beş mövsümün nəticələrinə əsasən 14,750 xala malik Azərbaycan reytinqdə iki pillə irəliləyərək, XXIV yerə yüksəlib.

XXIII yerdəki Bolqarıstandan Azərbaycan 1,625 xal geri qalır.