İdman

13 Avqust

Azərbaycan cüdoçusu dopinqdən istifadəyə görə diskvalifikasiya olunub

Azərbaycanın daha bir idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) apasport.az saytına verilən məlumata görə, Könül Əliyeva diskvalifikasiya olunub. 

Cüdoçudan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində diuretiklər və gizlədici maddələr/ furosemid maddəsi tapılıb. O, bu səbəbdən 12 ay cəzalandırılıb. İdmançının diskvalifikasiya müddəti 2020-ci il fevralın 19-dan hesablanmağa başlanılıb. 

Qeyd edək ki, AMADA daha öncə 56 idmançımıza cəza tətbiq edib.