İdman

13 Avqust

İker Kasilyas "Real"a qayıdır

"Real"ın əfsanəvi qapıçısı İker Kasilyas sevimli klubuna qayıtmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, karyerasını yenicə başa vuran İspaniya millisinin sabiq üzvünün prezident Florentino Peresin müşaviri vəzifəsində çalışması gözlənilir.

Kasilyas bununla bağlı danışıqların davam etdiyini bildirib: "Hələ heç nə həll edilməyib, amma ümid edirəm ki, növbəti mərhələm "Real" olacaq. "Real"dan ayrılmağım ağrılı idi, ancaq bura mənim evimdir. Ayrıldığımız zaman sanki evlilik pozuldu, yanlış ifadələr işlədildi. Vaxt keçdi, hər şey düzəldi və 2-3 ildən sonra Florentino Pereslə münasibətlərim yaxşılaşdı. O mənə dedi ki, sən burada olmalısan".

Qeyd edək ki, İker Kasilyas 1998-2015-ci illərdə "Real"ın çərçivəsini qoruyub.