İdman

30 İyul

"Fənərbağça" qapıçısı ilə vidalaşdı

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Erten Ersu ilə yollarını ayırıb.

Fins.az-ın məlumatına görə, bu barədə 26 yaşlı qapıçı sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli qolkiper İstanbul təmsilçisini daha çox oynamaq istədiyi üçün tərk etdiyini bildirib.

Qeyd edək ki, Erten Ersu "Fənərbağça" Futbol Akademiyasının yetirməsidir.