Türkiyə Qran-Prisi Formula 1 yarışının cari mövsüm üçün təqviminə salınmayacaq.
Fins.az Britaniyanın “The Race” nəşrinə istinadla xəbər verir ki, bu mövzuda Formula 1 rəhbərliyi ilə Türkiyə hökuməti arasında danışıqlar belə olmayıb.
Bir neçə gün əvvəl Türkiyə hökumətinin rəsmi saytında İstanbul-Parkda Formula 1 yarışlarının keçirilməsi barədə danışıqlar aparıldığı qeyd olunmuşdu. Ancaq saytın ingilis dili versiyasında həmin xəbərin 2018-ci ildə yerləşdirildiyi qeyd edilib. Beləliklə, xəbərin texniki səhv olaraq saytın türk dili versiyasında yer aldığı vurğulanıb.
Qeyd edək ki, İstanbul-Parkın 2012-ci ildən “FIA Grade 1” lisenziyası yoxdur. Avtodrom və traslarda Formula 1 yarışlarının keçirilməsi məhz bu lisenziya sayəsində mümkün olur.