İDMAN

28 İyul

Edinson Kavaninin yeni klubu məlum olur

Uruqvaylı hücumçu Edinson Kavani gələcək karyerası ilə bağlı qərarını verib.

Fins.az-ın məlumatına görə, cənubi amerikalı Portuqaliyada oynamağa üstünlük verib.

“Benfika”dan aldığı təklif forvardı daha çox razı salıb. Bu həftə keçid rəsmən açıqlanacaq.

Kavanini heyətinə qatmaq istəyi reallaşmayan İngiltərə “Lids”i isə digər variantları nəzərdən keçirməli olacaq.

Qeyd edək ki, Edinson mövsümün sonunda Fransa PSJ-sindən azad agent statusu ilə ayrılacaq.