İDMAN

28 İyul

“Keşlə”nin Avropa Liqasının püşkatması zamanı yer alacağı səbət dəqiqləşib

Şimali İrlandiyada kubokun finalçıları müəyyənləşib.

Fins.az-ın məlumatına görə, bu, Avropa Liqasında mübarizə aparacaq “Keşlə”nin püşkatma zamanı yer alacağı səbətə aydınlıq gətirib.

Şimali İrlandiya kubokunda finala yüksələn “Ballimena” və “Qlentoran”ın UEFA reytinqi “Keşlə” ilə müqayisədə daha aşağıdır. “Ballimena”da bu rəqəm 1,250, “Qlentoran”da 0,975-dir. Bu göstərici şimali irlandiyalıları hətta ilkin mərhələdə səpələnməmiş edəcək. Nəticədə “Cent Cozefs” (Cəbəllütariq) bu raundda səpələnəcək və onun cütü I təsnifat mərhələsinin püşkündə zəiflər sırasına düşəcək.