İDMAN

28 İyul

Canluici Buffon A seriyasında rekorda imza atıb

İtaliyanın “Yuventus” futbol klubu ardıcıl 9-cu dəfə İtaliya çempionu olub.

Fins.az xəbər verir ki, Turin klubunun qapıçısı Canluici Buffon isə A seriyasında 10-cu dəfə çempion adına yiyələnib. Qırx iki yaşlı qapıçı bununla da çempionatın tarixinin ən titullu futbolçusu kimi öz rekordunu yeniləyib. Leonardo Bonuççi və Corco Kyellinin aktivində 9 qızıl medal var.