İDMAN

28 İyul

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi bəlli olub

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.

Fins.az-ın məlumatına görə, İngiltərə Liqaları Məşqçiləri Assosiasiyasının (LFA) mükafatına Yurgen Klopp layıq görülüb.

“Liverpul”la çempion adına yiyələnən almaniyalı bütün rəqiblərini arxada qoyub. 2015-ci ildən mersisaydlılara rəhbərlik edən Klopp İngiltərə çempionu adına yiyələnən ilk almaniyalı kimi tarixə düşüb.

Qeyd edək ki, Klopp “Liverpul”a qədər Almaniyada Dortmud “Borussiya”sı və “Mayns”ı çalışdırıb.