İdman

27 İyul

Azərbaycanlı futbolçu Maldiv adalarında oynayacaq

Azərbaycanlı futbolçulardan biri Maldiv adaları klubu ilə müqavilə bağlayıb.

Fins.az-ın məlumatına görə, bu barədə Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov "Zen.yandex.ru" saytına müsahibəsində deyib.

Menecer oyunçunun adını açıqlamasa da, onun 25 yaşında olduğunu bildirib. Adıgözəlovun sözlərinə görə, sözügedən futbolçu yeni komandasında Azərbaycanın ortabab klublarında verilən məvacibdən daha çox qazanacaq: "Bonuslar da olacaq. Üstəlik, qalmaq pulu da veriləcək. Maldiv adaları bahalı ölkədir".

Adıgözəlov bu transferin necə baş tutmasından da söz açıb: "Maldiv adalarında dincələrkən çempionat oyununa getmişdim. Orada futbol adamları ilə tanış oldum. Hər şey belə başladı".