İDMAN

27 İyul

David de Xea məşhur qapıçının rekordunu təzələdi

“Mançester Yunayted”in qapıçısı David de Xea “Lester”lə görüşdə (2:0) qapısından top buraxmayaraq, çıxış etdiyi futbol klubunun tarixinə düşüb.

Fins.az xəbər verir ki, bununla ispaniyalı qolkiper Premyer Liqada 113-cü “quru” oyununu keçirib.

Əvvəlki rekord danimarkalı Peter Şmeyxelə (112 oyun) məxsus idi.