İDMAN

27 İyul

Pedro “Çelsi”də çıxışlarını başa vurduğunu açıqladı

Londonun “Çelsi” klubunun yarımmüdafiəçisi Pedro Rodrigez komandadan ayrıldığını açıqlayıb.

Fins.az-ın məlumatına görə, bu barədə futbolçu “Twitter” hesabında yazıb.

“Mənim “Stenford Bric”də son oyunum. Bu illər ərzində göstərdikləri dəstəyə görə azarkeşlərə, mənə mavi formada oynamaq imkanı verdiyinə görə isə kluba təşəkkürlər.

Komanda yoldaşlarıma minnətdaram. İndi İngiltərə Kuboku uğrunda mübarizə aparmaq olar!”, - deyə Pedro Rodriges yazıb.

Xatırladaq ki, avqustun 1-də “Çelsi” İngiltərə Kuboku uğrunda final matçında “Arsenal”a qarşı oynayacaq.