Futbol üzrə Ekvador millisinin baş məşqçisi Yordi Kroyff istefaya göndərilib. Fins.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə niderlandlı mütəxəssislə müqavləyə birtərəfli qaydada xitam verildiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, əfsanəvi Yohan Kroyfun oğlu bu ilin yanvar ayında Ekvador millisinə baş məşqçi təyin edilmişdi. Onunla 3 illik müqavilə imzalanmışdı. Lakin gənc mütəxəssis bu komandanı heç bir oyuna çıxarmadan istefaya göndərilib.