İspaniyanın “Selta” klubu qapıçısı Serxio Alvareslə müqavilənin müddətini uzadıb.
Fins.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
33 yaşlı qolkiper yeni müqaviləyə əsasən 2021-ci ilin iyununa kimi “Selta”nın uğurları üçün çalışmağa davam edəcək.
Qeyd edək ki, ispan futbolçu “Selta”nın öz yetirməsidi və karyerasını yalnız bu kluba həsr edib.
“Selta” heyətinə yeni futbolçu da qatıb. Klub “Qranada”dan yarımmüdafiəçi Alvaro Vadilyonu transfer edib. 25 yaşlı ispan futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
“Betis”in yetirməsi olan Vadilyo, bu komandadan başqa “Hueska”da da forma geyinib.