Futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliçlə yeni müqavilə imzalanıb.
Fins.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə Daliçlə müddəti 2022-ci ildə başa çatacaq yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.
Qeyd edək ki, xorvat mütəxəssis 2017-ci ildən ölkəsinin millisini çalışdırır. Sözügedən komanda onun rəhbərliyi altında DÇ-2018-in gümüş medallarını qazanıb