İdman

24 İyul

Afrikalı futbolçu “Qəbələ”də qalacaq

Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" komandasında daha bir legioner futbolçunun durumuna aydınlıq gəlib. 

Fins.az xəbər verir ki, toqolu yarımmüdafiəçi Yaovi Akakpo da komandada qalacaq.

Bu barədə əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov "Report"a açıqlamasında məlumat verib. Klub rəsmisi 21 yaşlı oyunçunun hazırda komanda ilə birlikdə məşq etdiyini söyləyib.

Əzizov Akakponun daha iki illik müqaviləsinin olduğunu da xatırladıb. O, sözləşmələri başa çatan digər legionerlərlə də danışıqların davam etdiyini vurğulayıb. 

Qeyd edək ki, Yaovi Akakpo fevralda "Qəbələ"yə keçib. Daha əvvəl legionerlərdən gürcüstanlı Merab Giqauri və çilili Rodriqo Qattasın əyalət təmsilçisində qalacağı dəqiqləşib.