İdman

24 İyul

Ümit Davala və Levent Şahin “Qalatasaray”dan ayrılır

İstanbulun “Qalatasaray” klubu yeni mövsüm üçün hazırlığını davam etdirir.

Fins.az xəbər verir ki, komandada futbolçu heyəti ilə yanaşı, məşqçilər korpusunda da dəyişikliklərin olacağı gözlənilir.

Bundan əvvəl komandanın məşqçisi Hasan Şaş öz istəyi ilə “sarı-qırmızılar”dan ayrılmışdı. Superliqanın yekunlaşmasından sonra Ümit Davala və Levent Şahinin də komandanı tərk etməsi dəqiqləşib.