İdman

24 İyul

Burak Yılmaz "Beşiktaş"dan ayrıldı

"Beşiktaş"ın futbolçusu Burak Yılmaz komandadan ayrılıb.

Fins.az xəbər verir ki, 35 yaşlı hücumçu bugünkü məşqdən sonra baş məşqçi Sərgən Yalçın və komanda yoldaşları ilə vidalaşıb.

Türkiyə millisinin üzvü karyerasını Fransada davam etdirə bilər. Onu "Lill" transfer etməyi planlaşdırır.

Qeyd edək ki, B. Yılmaz ötən ildən "Beşiktaş"da çıxış edirdi.