İDMAN

23 İyul

Luçeskunun yeni klubu - RƏSMİ

Kiyev "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.

Fins.az xəbər verir ki, bu vəzifəyə Mirça Luçesku gətirilib.

Rumıniyalı mütəxəssis istefaya göndərilən Aleksey Mixayliçenkonu əvəzləyib. Onunla 2+1 illik müqavilə imzalanıb. 75 yaşlı çalışdırıcı daha əvvəl Ukraynada 12 il ( 2004-2016) Donetsk "Şaxtyor"unun baş məşqçisi olub.

Qeyd edək ki, Mirça Luçesku son iş yeri olan Türkiyə millisindən ötən il ayrılıb.