İdman

23 İyul

A seriyasını tərk edəcək 2-ci klub

İtaliya A seriyasını tərk edəcək 2-ci klub müəyyənləşib.

Fins.az xəbər verir ki, bu, "Breşiya"dır. Komanda 35-ci turda səfərdə "Leççe"yə 1:3 hesabı ilə uduzub. Bununla da, "Breşiya"nın çempionatı 20 komanda arasında 19-cu pillədə başa vuracağı dəqiqləşib.

"Breşiya" tarixində 13-cü dəfə elitanı tərk edib.

Xatırladaq ki, bundan əvvəl SPAL-ın növbəti mövsüm A seriyasında oynamayacağı rəsmiləşib.