Futbol üzrə İtaliya A Seriyasında çıxış edən "Latsio" komandası baş məşqçisi Simone İnzagi ilə müqaviləni uzatmaq niyyətindədir.
Fins.az xəbər verir ki, 44 yaşlı italiyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulacaq. Onun maaşı 2 milyon avrodan 3 milyon avroya qədər artırılacaq.
Qeyd edək ki, Simone İnzagi 2016-cı ildən "Latsio"nun baş məşqçisidir. O, Roma təmsilçisi ilə ölkə kubokunu və Super Kuboku qazanıb.