İdman

22 İyul

Daha bir azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Rusiya Milli Futbol Liqasında (FNL) ikinci yerin sahibi "Ximki" klubu Premyer Liqa ilə bağlı qərarını verib. 

Fins.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə açıqlamasında Moskva vilayətinin idman naziri Roman Teryuşkov bildirib.

O, Rusiya Futbol İttifaqına Premyer Liqada iştirak üçün büdcə zəmanəti verdiklərini söyləyib. Teryuşkov hər şeyi müzakirə etdiklərini sözlərinə əlavə edib: "Özümüz üçün çətin qərar verdik. "Ximki" Premyer Liqada olacaq. Büdcəmiz var, bu kifayət edəcək. Amma məbləği açıqlamayacağam". 

Qeyd edək ki, "Ximki"nin Premyer Liqaya vəsiqə qazanmasına baxmayaraq, FNL-də çıxış edəcəyi planlaşdırılırdı. "Simurq"un sabiq baş məşqçisi Sergey Yuranın rəhbərlik etdiyi "Ximki"də azərbaycanlı futbolçu Kamran Əliyev də çıxış edir. 22 yaşlı hücumçu 2018-ci ildə Azərbaycanın U-20 millisinə dəvət alıb və Makedoniya yığması ilə "Dalğa Arena"dakı yoldaşlıq oyununda (1:1) qol vurub.

Xatırladaq ki, digər azərbaycanlı futbolçulardan Azər Əliyev "Ufa"da, Ayaz Quliyev Moskva "Spartak"ında çıxış edir.