İDMAN

22 İyul

"Qarabağ"ın yarımmüdafiəçisi Azərbaycana qayıdıb

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün qalibi olan "Qarabağ" klubunun futbolçusu Xayme Romero İspaniyadan Azərbaycana qayıdıb.

Fins.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Bakıdan komandanın hazırlıq keçdiyi Qəbələyə yollanıb. Onun qardaşı Daniel Romero isə vətənində qalıb. Onun durumu qeyri-müəyyəndir və klubdakı taleyinə yaxın zamanlarda aydınlıq gələcək.

Qeyd edək ki, Daniel Romero ötən mövsüm "Qarabağ"ın əvəzedici komandasında çıxış edib.