İDMAN

21 İyul

"Tottenhem" Erik Dayerlə yeni müqavilə bağlayıb

"Tottenhem"in yarımmüdafiəçisi Erik Dayer komandada qalıb.

Fins.az-ın məlumatına görə, 26 yaşlı orta sahə oyunçusu London təmsilçisi ilə yeni müqavilə imzalayıb.

Bir neçə klubun maraq dairəsində olan İngiltərə millisinin üzvü "Tottenhem"lə müqavilə müddətini 2024-cü ilin yayına qədər uzadıb.

Qeyd edək ki, Erik Dayer bu mövsüm 29 oyunda iştirak edib, 2 məhsuldar ötürmə verib.