İDMAN

21 İyul

Xavyer Aqirre istefaya göndərildi

İspaniyanın “Leqanes” klubu baş məşqçisi Xavyer Aqirre ilə yollarını ayırıb.
 
Fins.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Meksikalı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.  

Aqirre “Leqanes”ə 2019-cu ilin noyabrında baş məşqçi təyin edilmişdi. Onun komandası mövsümü 36 xalla 18-ci pillədə başa vuraraq La Liqanı tərk edib və növbəti mövsümdən Sequndada mübarizə aparacaq.

Qeyd edək ki, Xavyer Aqirre daha öncə Meksika, Yaponiya və Misir yığmalarını, eləcə də İspaniyada “Atletiko”, “Osasuna”, “Espanyol” klublarını çalışdırıb.