İDMAN

21 İyul

Özildən "Fənərbaxça"ya rədd cavabı

"Arsenal"ın futbolçusu Məsut Özil "Fənərbaxça"ya keçməkdən imtina edib.

Fins.az xəbər verir ki, İstanbul klubu 31 yaşlı yarımmüdafiəçiyə transfer təklifi göndərsə də, o, bunu müsbət cavablandırmayıb.

Bildirilib ki, Özil müqaviləsinin müddəti başa çatana kimi - 2021-ci ilin iyununa qədər komandadan ayrılmağı düşünmür.

Qeyd edək ki, M.Özil 2013-cü ildən London təmsilçisində oynayır.