İDMAN

20 İyul

Koronavirusa yoluxan federasiya prezidenti öldü

Boliviya Futbol Federasiyasının (FBF) prezidenti Sesar Salinas dünyasını dəyişib. 

Fins.az FBF-in rəsmi "Twitter" səhifəsinə instinadən xəbər verir ki, funksioner 59 yaşında vəfat edib.

Salinasın ölüm səbəbi açıqlanmayıb, lakin ötən həftə onun sabiq klubu "Strongest" funksionerin koronavirusa yoluxduğunu açıqlayıb.