İDMAN

20 İyul

Araz Abdullayev “Qarabağ”dan göndərildi - RƏSMİ

“Qarabağ” futbol klubu Araz Abdullayevlə yollarını ayırıb.

Fins.az xəbər verir ki, müqavilə müddəti başa çatan futbolçu ilə yeni müqavilə imzalanmayıb.

“Qarabağ”da Yunanıstanın “Panionios” klubundan icarə əsasında çıxış etmiş A.Abdullayevin yenidən ölkə xaricində çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, “Qarabağ”da daha əvvəl Nicat Mehbalıyev, Rəşad Sadıqov, Aylton Silva, Maqay Qey, Vaqner da Silva, Faysal Rerras və Miçellə yollar ayrılıb. Bunlardan Rəşad Sadıqov futbolçu karyerasını bitirib.