İDMAN

20 İyul

Hemilton "Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi olub

"Formula 1" üzrə Macarıstan Qran-prisində sonuncu yürüş keçirilib.

Fins.az-ın məlumatına görə, dördüncü yürüşdə ən yaxşı nəticəni "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton göstərib.

O, bununla da "Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi olub.

Yarışda ikinci yerə Niderland təmsilçisi "Red Bul"un pilotu Maks Ferstappen (+8,702) çıxıb. Üçüncü yeri "Mercedes"dən fin Valtteri Bottas (+9,452) tutub.

Bununla da Macarıstan Qran-prisinə yekun vurulub.